Türkiyə və İraq hərbi sahədə əməkdaşlığı gücləndirir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, Türkiyə regional və beynəlxalq sülh və sabitliyə töhfə verməkdə davam edir: “Prezidentimizin İraqa səfəri çərçivəsində hərbi təhsilə dair əməkdaşlıqla bağlı müqavilə, hərbi sağlamlıq sahəsində təhsil və əməkdaşlıqla əlaqədar protokol imzalanıb. Bununla hərbi sahədə əməkdaşlığın daha da güclənəcəyini düşünürük”.