Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Telefon danışığı zamanı iranlı diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi və parlament seçkilərindəki uğuru münasibətilə təbriklərini çatdırıb.