Türkiyə və Gürcüstanın Xarici İşlər Nazirlikləri Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Azərbaycanı təbrik edib.

Hər iki qonşu ölkənin nazirliyi bu barədə tviterdə paylaşım edib.

“Can Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 30-cu ildönümünü ən səmimi diləklərimizlə təbrik edirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə paylaşımda qeyd olunub.

Gürcüstan XİN də öz növbəsində Azərbaycan xalqına öz səmimi təbriklərini və ən xoş təbriklərini çatdırıb: “Biz Gürcüstan və Azərbaycan arasında möhkəm strateji tərəfdaşlığa dəyər veririk və bu tərəfdaşlığı xalqlarımızın rifahı naminə da gücləndirəcəyik”.

İstinadlar Qafqazinfo