Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında 5-ci görüşün tarixi məlum olub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Xüsusi nümayəndələrin növbəti görüşü sentyabrda keçiriləcək.

“Proseslər kövrəkdir, daimi sülh təmin edilməlidir”, – nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

İstinadlar Report