Bu gün Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayev arasında görüş baş tutub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib.