Türkiyə şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıqlar yaratmaq niyyətindədir.

Bunu jurnalistlərə açıqlamasında Kommunikasiya Texnologiyaları Klasterinin rəhbəri İlyas Kayaduman deyib.

Onun sözlərinə görə, Türkiyədə 160-dan çox şirkətlə bərabər istehsal edilən sadəcə telekommunikasiya sektorunda çalışan və Türkiyə şirkətlərindən ibarət bir klaster var: “Bu şirkətlərlə bərabər çalışmaqda əsas məqsəd başda Türkiyə olmaq üzrə telekommunikasiya sistemində türk istehsalı olan milli və yerli avadanlıqların istifadəsinin artmasını təmin etməkdir. Bizim qurumun əsası 2017-ci ildə qoyulub və bugünədək ciddi uğurlar əldə etmişik”.

O qeyd edib ki, bu uğurları Azərbaycana da gətirmək istəyir: “Azərbaycandakı yerli şirkətlərlə də əməkdaşlıqlar qurub, buradakı fürsətləri dəyərləndirərək ölkədə telekommunikasiya ekosisteminin genişləndirilməsi istiqamətində birgə işləmək niyyətindəyik. Buradakı şirkətlərlə məlumat mübadiləsi, texnologiya transferi, investisiya yatırımları, telekommunikasiya sistemində Azərbaycan və Türkiyə istehsalı olan avadanlığın istifadəsi istiqamətində danışıqlar aparırıq”.

İstinadlar Report