Türkiyə Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə ortaq hərbi təlimlərə hazırlaşır.

Qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.

Birgə təlimlərdə məqsəd əməkdaşlıq və koordinasiyanı təmin etmək, müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınaqdan keçirməkdir.

Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olduğu bildirilir.