Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Prezidentlər Türkiyə-Almaniya əlaqələri, Əfqanıstandakı vəziyyəti və təxliyə məsələlərini müzakirə ediblər.

R.T.Ərdoğan almaniyalı həmkarına Türkiyə ilə Almaniya arasında imzalanmış əmək müqaviləsinin 60 illiyi ilə bağlı Almaniyadakı türk icmasına və Türkiyə haqqında söylədiyi xoş sözlərə görə təşəkkür edib.

Ərdoğan hər iki ölkənin NATO-da müttəfiq olaraq Əfqanıstandan təxliyə prosesində təqdirəlayiq sayılan həmrəylik və koordinasiya nümayiş etdirdiklərini bildirərək Əfqanıstanın yaşadığı bu kritik dövrdə eyni anlayışın qorunmasının lazım olduğunu vurğulayıb.

Türkiyə Prezidenti həmçinin BMT və başqa təşkilatlar tərəfindən Əfqanıstana lazımi humanitar yardımların çatdırılması məsələsinə də toxunub.

İstinadlar Report