Türkiyədə “Ali təhsil haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Bununla bağlı hakim Ədalət və İnkişaf Partiyası (AKP) qanuna dəyişiklik layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib.

Layihədə koronavirus pandemiyası səbəbindən ali təhsil müəssisələrində ara verilən dərslərin yay aylarında davam etdirilməsi öz əksini tapıb.

Sənəddə həmçinin Ankara Elm Universiteti və Kocaeli Tibb və Texnologiya Universitetinin təsis edilməsi də təklif olunub.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərdir.

İstinadlar Report