Türkiyənin “Baykar” hərbi şirkəti Ukraynaya iki ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) bağışlayıb.

Bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin zərbə endirən PUA-ları Ukrayna əsgərlərinə Rusiya hərbçilərindən qorunmağa kömək edəcək.

“Bu gün biz Ukraynanın böyük dostları və tərəfdaşlarından – “Baykar”dan daha 2 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı aldıq. Baykar onları Ukrayna Silahlı Qüvvələrinə və Ukrayna xalqına müdafiə üçün təmənnasız bağışlayıb. Dövlətimizin ən çətin anlarında göstərdiyi güzəştsiz və davamlı dəstəyə görə Baykar-a sonsuz minnətdarıq”.