“Türkiyə 2014-cü ildə keçirilən qeyri-legitim referendumla Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və hər fürsətdə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb. 2014-cü ildə qəbul etdiyimiz bu mövqeyə uyğun olaraq, biz Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək qərarını rədd edirik”.

Belə bir açıqlama ilə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) çıxış edib.

Bildirilib ki, Türkiyənin beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozulduğu bu qərarı qəbul etməsi mümkün deyil:

İstinadlar Report