Türkiyə Mariupoldakı “Azovstal” metallurgiya zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazırdır.

Bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Reuters”ə müsahibəsində deyib.

Kalının sözlərinə görə, o, bu təklifi Ukrayna və Rusiya tərəfi ilə müzakirə edib, lakin Moskva bununla razılaşmayıb.

“Azovstal”dan təxliyə edilənlərin əvvəlcə quru yolu ilə Berdyansk limanına çatdırılması planlaşdırılır, daha sonra Türkiyə gəmisi insanları İstanbula çatdıracaq”, – Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.

İstinadlar Report