Azərbaycanda Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılmasına ehtiyac yarana bilər.

Bunu Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış “Qardaş köməyi” dəstək platformasının rəhbəri Rəşad Cabirli bu platformanın təqdimat mərasimində deyib.

O qeyd edib ki, platformanın ilkin məqsədi insanları Türkiyə dövləti tərəfindən çevik maddi yardım edilməsi məqsədi ilə açılan yardım hesablarına yönləndirməkdir:

“Yardım etmək istəyən vətəndaşlar “Qardaş köməyi” platformasının 4 yardım toplama məntəqəsinə yaxınlaşa və ya “qardaskomeyi-org” veb səhifəsi üzərindən yeniliklərlə bağlı məlumatları təqib edə bilərlər”.

İstinadlar Report