
Türkiyə Türk dünyasının birləşməsi üçün ən önəmli addım atan ölkədir.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Rusiya ərazisindən keçən Şimal dəhlizinin fəaliyyəti dayandırılandan sonra, Orta dəhlizin əhəmiyyəti artıb: “Biz nə etdik? O an Azərbaycanla birlikdə Qazaxıstanı dəvət etdik Bakıya, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Biz həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz qardaşlarımızla birlikdə Türkiyədə keçiriləcək”, – deyə nazir vurğulayıb.