Türkiyə yaxın vaxtlarda ABŞ-nin yeni administrasiyası ilə qarşıdakı dövrdə ikitərəfli münasibətlərin inkişafı məsələsini müzakirə etmək niyyətindədir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, əvvəlki hakimiyyətlə danışıqlarda Ankara ikitərəfli gündəliyin onun üçün vacib olan məsələləri ilə bağlı müəyyən irəliləyişə nail olub.

“Lakin CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında) qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi bizim üçün əsas məsələlərdən biri olaraq qalır və bu, hələ də həll olunmayıb. NATO üzrə tərəfdaş ölkənin bu cür sanksiyaları müttəfiqlik ruhuna ziddir”, – deyə o bildirib.

H.Fidanın sözlərinə görə, yeni administrasiya ilə danışıqlar təxminən martda, hökumət tam formalaşandan sonra başlayacaq.

İstinadlar Report