Suriyanın Azadlıq Ordusu və Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında yeni hərbi əməliyyatın keçirilməsini planlaşdırırlar.

Bu barədə Suriya Azadlıq Ordusunun səhra komandirlərindən olan Əhməd Usman bildirib.

O, qeyd edib ki, Türkiyə ordusu təxminən 1 ay sonra Suriya ərazisində yeni hərbi əməliyyata başlayacaq. Növbəti əməliyyat əvvəlki əməliyyat kimi İŞİD terror qruplaşmasına qarşı həyata keçiriləcək.

Usman həmçinin qeyd edib ki, Türkiyə yeni əməliyyatın başqa adla həyata keçirilməsini öyrənir.

İstinadlar Report