ABŞ vitse-prezidenti Mayk Pensin Ərdoğanla görüşü nəticəsində Türkiyənin Suriyanın şimalındakı əməliyyatında atəşkəs razılığı əldə olunub.

Azərbaycan 24 xəbər verir ki, 5 günlük atəşkəs müddətində kürd silahlılarının 32 km-lik təhlükəsizlik zonasından çıxması təmin olunacaq.

ABŞ razılaşmanı ‘atəşkəs’, Türkiyə isə ‘ara vermək’ adlandırır.

Beləliklə, ‘Barış pınarı’ əməliyyatında 5 günlük fasilə elan olunur.