Türkiyənin “Baykar Makina” şirkəti Ukraynada “Bayraktar Kızılelma” adlı yeni reaktiv səsdən sürətli pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.

Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb: “Ukrayna ilə həyata keçirəcəyimiz layihələrə dair uzunmüddətli planlarımız var. “Baykar” şirkəri Ukraynada fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzi tikməyə başlayıb. Beləliklə, burada bütün sistemləri istehsal etmək istəyirik”.

İstinadlar Report