Dohadan Dublinə uçan təyyarənin turbulentliyə düşməsi nəticəsində 12 nəfər yaralanıb.

Bunu Dublin Aeroportunun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Doha-Dublin marşrutu ilə uçan “Qatar Airways”ə məxsus təyyarənin şiddətli turbulentlik bölgəsinə daxil olması nəticəsində altı sərnişin və altı ekipaj üzvü yaralanıb.

“Qatar Airways”in Dohadan hərəkət edən QR107 reysi planlaşdırıldığı kimi vaxtında Dublin aeroportuna təhlükəsiz eniş edib. Eniş zamanı təyyarə Türkiyə səmasında havaya qalxarkən turbulentliyə məruz qaldıqdan sonra təyyarənin göyərtəsində olan 6 sərnişin və 6 ekipaj üzvlərinin xəsarət alması səbəbindən Hava Limanı Polisi və Yanğın və Xilasetmə departamentimiz də daxil olmaqla təcili xidmətlər tərəfindən qarşılanıb”, – açıqlamada qeyd olunub.

“Qatar Airways” CNN-ə açıqlamasında təyyarənin Dublinə təhlükəsiz eniş etdiyini, lakin “az sayda sərnişin və ekipaj üzvünün uçuş zamanı yüngül xəsarətlər aldığını və onlara tibbi yardım göstərildiyini” bildirib.

İstinadlar Report