
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli sazişlərin həyata keçirilməsi müzakirə olunub.
Bundan başqa Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub.