Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

Səfir regionda və qlobal miqyasda yaranmış yeni reallıqlardan da söz açıb: “Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb, qlobal aktorlar regional məsələlərə öz məcralarından baxırlar. Qlobal idarəetmə sistemi reformasiya edilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. Tarixə baxanda da görürük ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə Şimali Kiprdə ədaləti bərpa edə bilib”.

İstinadlar Report