Türkiyə sakini Rumeysa Gelgi dünyanın ən uzun boylu qadın kimi tanınıb. Belə ki, onun boyu 215,16 sm-dir.

Bu barədə Ginnesin “Rekordlar Kitabı”nın saytında məlumat yerləşdirilib.

Rumeysa 2014-cü ildə 18 yaşında olarkən ən uzun gənc qadın kimi rekorda imza atıb.

Gelginin yüksək boy artımının səbəbi kimi nadir xəstəliklə – skeletin və daxili orqanların inkişafında sürətli böyümə və anomaliyalara səbəb olan “Weaver” sindromu göstərilir. O, gəzmək üçün təkərli kürsüdən istifadə edir.

İstinadlar Report