
“Biz bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.
“Amma həm də beynəlxalq hüququ müdafiə edirik. Bu hadisələri müharibə kimi xarakterizə edən ilk ölkə Türkiyə oldu”, – o vurğulayıb.