“Rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400-lər alması ilə bağlı əsassız olaraq tənqid edir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemlərinin alınması seçim deyil, Türkiyənin milli təhlükəsizliyinin təcili tələbidir.

Akar xatırladıb ki, Türkiyə hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün NATO ölkələrinə müraciət edib, lakin bundan imtina edilib.

İstinadlar Report