
Türkiyənin dövlət neft-qaz şirkəti olan BOTAŞ Rumıniyanın “OMV Petrom” şirkəti ilə Rumıniyaya sutkada 4 milyon kubmetrədək təbii qazın tədarük edilməsi məqsədilə müqavilə imzalayıb.
Bildirilib ki, Rumıniyaya “mavi yanacağ”ın tədarükü oktyabrın 1-dən başlanılacaq.
BOTAŞ-ın məlumatına əsasən, tərəflər təbii qazın tədarükü, saxlanılması, istehsalı və satışı, həmçinin “yaşıl enerji” texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.