
Türkiyə Qətərdəki hərbçilərinin sayını artırıb.
Azərbaycan 24 xəbər verir ki, bu barədə informasiyanı Qətər Silahlı Qüvvələri yayıb. Məlumatda Ankara ilə olan hərbi əməkdaşlığın bölgədə sülhün dəstəklənməsinə yönəldiyi bildirilib.
Rəsmi Doha ölkəyə yeni gələn türk hərbçilərinin sayının nə qədər olduğunu açıqlamayıb.
Qeyd edək ki, Türkiyə bir müddət öncə Qətərdə öz hərbi bazasını yaradıb.