
“Türkiyə Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edəcək”.
Bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndəsi Durali Koçak BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakıda keçirilən regional seminarında deyib.
Onun sözlərinə görə, Türkiyə və FAO həm Qafqazda, həm də Mərkəzi Asiyada balıqçılıq, su ehtiyatları sahəsində birgə müxtəlif layihələr həyata keçirir: “Bundan başqa, Türkiyə regionun flora və faunasının biomüxtəlifliyinin qorunmasına böyük diqqət yetirir”.