Türkiyənin Kosmik Agentliyi Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək.

Bu barədə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentliklərinin birgə üçüncü iclasından sonra “Report”a açıqlama verən Türkiyənin Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç bildirib.

O, yeniyetmələr üçün kosmik düşərgələrin təşkili layihəsinə keçən ildən start verildiyini deyib: “Uşaqlar və gənclər üçün təşkil etdiyimiz kosmik düşərgələr çox maraqla qarşılandı. Buna çox önəm veririk. Çünki hesab edirəm ki, uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi bu kimi layihələrə cəlb etmək ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsini daha çox stimullaşdırır. Keçən il ilk layihəni həyata keçirdik. Bu il Qarabağ savaşı şəhidlərinin uşaqlarına da belə bir düşərgə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu layihəni gerçəkləşdirəcəyimizdən də ayrıca bir qürur duyuruq”.

İstinadlar Report