Türkiyə PUA-sı İran Prezidenti İbrahim Rəisinin qəza eniş edən helikopterinin axtarışına kömək üçün bu ölkənin hava məkanına daxil olub.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, bu, “Baykar”ın istehsalı olan “Akıncı” zərbə-kəşfiyyat pilotsuz təyyarəsidir.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Tehranla sıx əlaqədədir və Rəisini daşıyan helikopterin sərt enişi ilə bağlı istənilən dəstəyi verməyə hazırdır.

İstinadlar Report