Türkiyənin İstanbul şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ senatoru Lindsi Qrehem ilə görüşüb.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələr, terrorla mübarizə, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Ukrayna böhranı, Qara dənizdə taxıl daşınması, Suriya, Egey-Aralıq dənizi və digər regional məsələlər müzakirə edilib.

Görüşün əvvəlində İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti və qəbul edilən Yeni Strateji Konsepsiya dəyərləndirilib. Zirvə görüşündə iki ölkə liderləri tərəfindən müsbət atmosferdə keçən görüşdən məmnunluq ifadə olunub.

Həmçinin Türkiyə-ABŞ münasibətləri qarşılıqlı hörmət və anlaşma, ortaq və strateji maraqlar əsasında inkişaf etməlidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və “F-16” məsələsində irəliləyişin iki ölkənin maraqlarına xidmət edəcəyi bildirilib.

Türkiyənin Qara dəniz üzərindən taxıl daşınması üçün təhlükəsiz dəhliz yaradılması istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirildiyi ifadə edilən görüşdə bu daşımanın uğurla gerçəkləşməsinin qlobal ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İstinadlar Report