“Türkiyənin keçirdiyi “Barış pınarı” əməliyyatının iki hədəfi var: birinci terroru sərhədimizdən təmizləmək, digəri isə 3,6 milyon suriyalı qaçqınların geri dönməsini təmin etmək”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Dolmabahçedə xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə bildirib.

Türkiyə prezidenti “Barış pınarı” antiterror əməliyyatı və təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı ABŞ-la əldə etdikləri razılaşmayadək olan hadisələr barədə də məlumat verib.

O, təhlükəsizlik bölgəsinə 1-2 milyon qaçqının yerləşdirilməsinə nail olmaq istədiklərini vurğulayıb: “Suriyalılar rejimin və terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan başqa yerlərə qayıtmaq istəmir”.

İstinadlar Report