
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyən nazir vurğulayıb ki, Türkiyə Suriya ilə əlaqədar siyasətində qərarlı və sabitdir.