Bölgədə və dünyada gedən müharibə və qarışıqlığın fonunda Türkiyə sabitlik adası kimi qiymətləndirilir.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.
Ərdoğan bu kimi hadisələrin Türkiyəyə müəyyən təsir etdiyini bildirib:
“Amma biz balanslaşdırılmış, ədalətli siyasətlə bütün bu mübahisəli məsələləri uğurla idarə edirik”.