Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.

Ərdoğan Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək.

Bildirilir ki, prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın “Patriot” və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. “Bizim hədəfimiz ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Həmçinin hərbi sənayedə addımları müzakirə edəcəyik. Çünki “Patriot”u bizə satmadılar, biz alternativi – S-400-ü tapdıq və bu məsələ bitib”, – deyə daha əvvəl Ərdoğan jurnalistlərə bildirib.

Görüşdə eləcə də Suriyada yaranmış vəziyyət diqqət mərkəzində olacaq.

İstinadlar Report