Türkiyə Parlamentində erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqrımı pislənilib

TBMM-də çıxış edən Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının Adana millət vəkili Necdet Ünüvar Xocalı soyqırımının sadəcə türk dünyasının deyil, insanlığın faciəsi olduğunu bildirib

O, qeyd edib ki, beynəlxalq ictimaiyyət yüz il bundan əvvəlki heç bir əsası olmayan qondarma “soyqırım”ı müzakirə etməkdənsə, real faktlar, sənəd və videogörüntüləri olan Xocalı soyqırımını müzakirə etməlidir: “Xocalı soyqırımı yaşandığı zaman dünya ictimaiyyəti buna göz yummasaydı, bu gün dünyada insanlıq əleyhinə başqa cinayətlər törədilməzdi”.

Millət vəkili xüsusi olaraq deyib ki, Türkiyə Xocalı soyqırımını hər zaman gündəmdə saxlamalıdır: “Ermənistan tərəfi Xocalı soyqırımını törədənləri cəzalandırmaq əvəzinə, onları qəhrəman elan edərək dövlət vəzifələri verdi. Azərbaycan torpaqlarını işğal edən Ermənistan abad olmadı və bu gün Ermənistan bölgənin ən kasıb ölkəsidir”.

N.Ünüvar bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilk növbədə Ermənistanın xeyrinədir.

Oxumağa dəyər:   Milli Şuraya yenə Lökbatanda icazə verildi