Türkiyə ilə Liviya arasında imzalanan təhlükəsizlik və müdafiə sahəsində Anlaşma Memorandumu təsdiqlənməsi üçün Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

27 noyabrda İstanbulda imzalanan sənəd iki ölkə arasında müdafiə əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyır.

Memorandum təhlükəsizlik, hərbi hazırlıq, müdafiə sənayesi, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə, habelə logistika və kartoqrafiya sahələrində əməkdaşlığı əhatə edir.

Bundan əlavə, sənəd tərəflərdən birinin müraciəti olduqda, Türkiyə və Liviyada hərbi sahədə təcrübə mübadiləsi məqsədi ilə müdafiə və təhlükəsizlik sahəsində ortaq əməkdaşlıq üçün ofislər yaratmağa imkan verir.

İstinadlar Report