Türkiyə mühəndisləri tərəfindən layihələndirilən STM500 sualtı qayığının inşası onun gövdəsinin sınaqdan keçirilməsi ilə başlayıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir tviter hesabında yazıb.

Dəmir bildirib ki, yeni sualtı qayıq ən qabaqcıl sistemlər və silahlarla təchiz ediləcək.

İdarə rəisi STM500 layihəsini tarixi adlandıraraq qeyd edib ki, yeni sualtı qayıq həm dayaz sularda, həm də açıq dənizlərdə tapşırıqları yerinə yetirəcək şəkildə hazırlanıb.

İstinadlar Report