Türkiyə Quru Qoşunları “T129 ATAK” helikopterini təhvil alıb.

Məlumatı Türkiyənin Müdafiə Sənayesi Nazirliyi tivitter səhifəsində “Göy üzündə nəfərlərimiz çoxalır” başlığı altında yayıb.

“T129 ATAK” Türkiyənin Aviasiya və Kosmik Sənayesi tərəfindən istehsal edib. Silahlı Qüvvələrin hücum helikopterlərinə ehtiyacını ödəmək məqsədilə Türkiyəyə məxsus milli imkanlardan istifadə olunaraq inkişaf etdirilib.

“ATAK” tamamilə yerli imkanlarla istehsal edilən silah və güc sistemlərinə malik olması ilə də diqqəti çəkir.

İstinadlar Report