
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində 4 PKK/YPG terrorçusu öldürülüb.
Başqa bir məlumata görə isə “Pənçə- Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çoxlu sayda silah-sursat və maddi sübutlar ələ keçirilib.