Türkiyə Silahlı Qüvvələri son bir il ərzində 7 min 16 terrorçunu zərərsizləşdirib.

Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, 2017-ci ildə Türkiyə ordusu terrorçu PKK qruplaşmasının 46 aparıcı üzvü daxil olmaqla 3 min 239 üzvünü, İŞİD terror təşkilatının isə 3 min 777 terrorçusunu məhv edib.

Açıqlamaya görə, 2017-ci ildə silahlı qüvvələr terrorçulara qarşı 399 hava əməliyyatı həyata keçirib.

Ötən ildən bu günədək 9 min 236 əməkdaşı Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırılıb. 

İstinadlar Report