Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, hava əməliyyatı yerli vaxtla saat 18:30-da həyata keçirilib, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 16 hədəf məhv edilib.

İstinadlar Report