Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı obyektlərinə zərbələr endirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Türkiyə ordusu PKK-nın Metin ərazisindəki obyektlərinə zərbələr endirib. Hava hücumları zamanı 3 terrorçu zərərsizləşdirilib.

Zərbələr zamanı həmçinin terrorçuların atəş nöqtələri və sığınacağı da məhv edilib. Hava zərbələri “Pəncə” əməliyyatının qərargahı ilə əlaqələndirilib.

İstinadlar Report