Türkiyə hərbçilərinin İraqın şimalında keçirdiyi “Pəncə” əməliyyatı ilə aşkarladığı mağaralardan birində 3 PKK terrorçusunun cəsədi tapılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd edilib.

Bununla da əməliyyatın başlanğıcından məhv edilən terrorçuların sayı 67-ə çatıb. “Pəncə-1” əməliyyatı mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə başlayıb.

Qeyd edilir ki, iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında yeni “Pəncə-2” antiterror əməliyyatı başlayıb. Terrorçular əleyhinə mübarizəyə artilleriya, helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.

İstinadlar Report