Türkiyə ordusu İraqın şimalında PKK terrorçularını zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularını zərərsizləşdirib.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat Türkiyə kəşfiyyatı ilə əlaqələndirilib. Ölkə hərbçiləri terrorçuların İraqdakı mövqelərinə zərbələr endirib. Əməliyyat zamanı PKK-nın 2 terrorçusu zərərsizləşdirilib.

Xatırladaq i, PKK terrorçuları 1984-cü ildən vəziyyətin sabitliyini pozmaq və Türkiyəni parçalamaq üçün bu ölkənin ayrı-ayrı yerlərində çoxlu sayda terror aktları həyata keçiriblər. ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına salıblar.

İstinadlar Report

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularını zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında bir neçə PKK terrorçusunu zərərsizləşdirib.

Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən yayılan məlumatda bildirilir ki, hərbi hava qüvvələri Zap və Qara ərazilərinə rayonlarına zərbələr endiriblər. Zərbələr zamanı 6 PKK terrorçusu zərərsizləşdirilib.

Zərbələr zamanı həmçinin terrorçuların döyüş sursatı ilə dolu anbarı və sığınacağı da məhv edilib.

İstinadlar Report