Türkiyə ordusu İraqın şimalındakı Karas və Avaşin Basyan regionlarında PKK silahlılarına qarşı növbəti antiterror əməliyyatı keçirib.

Bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar zamanı 7 terrorçu zərərsizləşdirilib. Hava zərbələri ilə terrorçuların sığınacağı, atəş nöqtələri və döyüş sursatları məhv edilib.

Məlumata görə, terrorçular Türkiyə ərazisinə basqın hazırlayırmış.

İstinadlar Report