Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Haftanin regionunda PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, məhv edilmiş terrorçular növbəti hücuma hazırlarmış.

Nazirlik vurğulayıb ki, Türkiyənin Hərbi Qüvvələri “son terrorçu məhv edilməyənədək terrorçuluğa qarşı mübarizəni davam etdirəcək”.

Aviareyd “Pençe-3” əməliyyatı çərçivəsində keçirilib.

İstinadlar Report