Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 19 terrorçu zərərsizləşdirilib.

Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin (X) hesabında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İraqın şimalında PKK-ya mənsub 15 terrorçu, Suriyanın şimalında isə PKK/YPG-yə bağlı 4 terrorçu zərərsizləşdirilib.

İstinadlar Report