Türkiyə prezident administrasiyası NATO-nun ölkədəki radar bazasından məlumatların İsrailə ötürülməsi ilə bağlı xəbərləri təkzib edib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

“Malatyadakı Küreçik radar bazası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar sosial şəbəkələrdə İranın İsraillə bağlı bəyanatları fonunda yayılıb”, – deyə bəyanatda deyilir.

İstinadlar Report