Bazar günü, avqustun 7-də Ukraynanın üç limanından dörd taxıl daşıyan gəminin çıxışı gözlənilir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Sabah (bu gün – red.) dörd quru yük gəmisinin Ukraynanın dörd limanını tərk edəcəyi gözlənilir. Biri Odessadan, üçü – Çernomorskdan olmaqla, ümumilikdə dörd gəmi yola düşəcək”, – nazirliyin məlumatında deyilir.

Qeyd edilir ki, quru yük gəmilərinin çıxışı Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın aktiv əlaqələri, Birgə Koordinasiya Mərkəzinin fəaliyyətini əlaqələndirilməsi sayəsində mümkün olub.

İstinadlar Report