“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik”.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirlib.
Qeyd olunub ki, dünənki antiterror tədbirləri Azərbaycanın öz əməliyyatıdır: “Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı ünsürlərinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.